Azərbaycan Kuboku: Zirə 1/4 finala vəsiqə qazanıb

04.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə Azərbaycan Kubokunda "Zirə" 1/4 finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, qəsəbə təmsilçisi 1/8 finalda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib.

Zirə Olimpiya İdman Kompleksində baş turan matçda meydan sahiblərinin heyətində Ayron Qomis (12), Ceyhun Nuriyev (24) və Yusuf Laval (52) fərqlənib. Qonaqların yeganə qoluna isə Brahim Konate (41) imza atıb.

Bu qələbənin ardından "Zirə" 1/4 finalda "Araz-Naxçıvan" ilə üz-üzə gələcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью