Azərbaycan Kuboku: “Zirə” ilk oyunda “Araz Naxçıvan”a uduzub

06.02.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 fevral, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Zirə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 61-ci dəqiqədə penaltidən Bernardu Diaş vurub.

Komandalar arasında cavab matçı fevralın 28-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Günün digər oyununda “Qarabağ” səfərdə “Səbail”lə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək.

Bu qarşılaşma ilə 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Qeyd edək ki, bu mərhələnin əvvəlki matçlarında "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. 1/4 finalın cavab görüşləri fevralın 27-28-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью