Idman.biz saytına istinadən Icma.az xəbər verir. Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk cütü müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu, 1/8 final mərhələsinin ikinci günündə baş tutan “Qəbələ” – “Qarabağ” oyunundan sonra bəlli olub.
Səfərdə 2:0 hesabı ilə qalib gələn Ağdam klubu 1/4 finalda “Səbail”lə görüşəcək.
Paytaxt təmsilçisi bir gün əvvəl “Qaradağ Lökbatan”ı 2 cavabsız qolla üstələyib.
1/4 final mərhələsi 2025-ci il fevralın 5-də və 27-də keçiriləcək.
İlk oyun “Səbail”in, cavab qarşılaşması “Qarabağ”ın meydanında baş tutacaq.
Qeyd edək ki, digər üç cüt bu gün keçiriləcək digər matçlardan sonra dəqiqləşəcək.
İdman.biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.