Azərbaycan Kubokunda 1/4 finalın ilk matçlarına yekun vurulub

05.02.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 fevral, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Turan Tovuz”“Kəpəz”i sınağa çəkib. "Azərsun Arena"da keçirilən matç Tovuz klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində yeganə qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub.

Günün ilk oyununda “Qarabağ” “Şamaxı”ya 1:2 hesabı ilə uduzub.

Ötən gün baş tutan “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunları qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları martın 3-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью