Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fevralın 3-də futzal üzrə Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında keçiriləcək.
Yarışda 16 komanda iştirak edəcək.
Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb. 1/8 final mərhələsindən strat götürəcək kubokda PFL, "Araz-Naxçıvan", "Neftçi" İK, "Baku Fire", "Şuşa", U-19, "Lənkəran", "Baku Fire-2", "STAR kargo", "Yeni Suraxanı", "Timsport", "Xan-Lənkəran", "Dəstə Ordubad", "Trabzon Azərbaycan", "Ulduz" və "Atletiko Baku" iştirak edəcəklər.
Hər mərhələ bir görüşdən ibarət olacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi PFL komandasıdır.