Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək. QOL.az xəbər verir ki, ilk gündə 3 matç keçiriləcək.
İlk iki cütdə Premyer Liqa təmsilçiləri I Liqanın kollektivləri ilə üz-üzə gələcək.
“Səbail” “Qaradağ Lökbatan”ı, “Araz-Naxçıvan” isə “Mingəçevir”i sınağa çəkəcək.
Günün son oyununda isə mərhələnin ən çox maraqla gözlənilən qarşılaşması - “Turan Tovuz” - “Sabah” matçı baş tutacaq.
Cari mövsüm Misli Premyer Liqasında bu komandaların hər iki qarşıdurması heç-heçə yekunlaşıb - 2:2 və 1:1.
Qeyd edək ki, 1/8 finalın digər 5 görüşü sabah keçiriləcək. Azərbaycan Kuboku 1/8 final 3 dekabr 15:00.
“Qaradağ Lökbatan” - “Səbail” Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli VAR: Tural Qurbanov AVAR: Pərvin Talıbov "ASCO Arena" 16:00.