Azərbaycan Kubokunda 1/8 final start götürür

03.12.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürür.

"Cebheinfo.az" xəbər verir ki, ilk gündə 3 oyun keçiriləcək.

İki cütdə Premyer Liqa komandaları ilə I Liqa təmsilçiləri üz-üzə gələcək. “Səbail” “Qaradağ Lökbatan”la, “Araz-Naxçıvan” “Mingəçevir”lə qarşılaşacaq.

Günün son matçında isə elita klubları “Turan Tovuz”la “Sabah” münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, mərhələnin digər 5 görüşü sabah keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final
3 dekabr

15:00. “Qaradağ Lökbatan” - “Səbail”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
“ASCO Arena”

16:00. “Araz-Naxçıvan” - “Mingəçevir”
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
“Liv Bona Dea Arena”

18:00. “Turan Tovuz” - “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью