Azərbaycan Kubokunda 97 boksçu mübarizə aparacaq

31.08.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 31 avqust, AZƏRTAC

Kadet boksçular (U-15) arasında Azərbaycan Kuboku keçiriləcək.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, sentyabrın 1-də start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini yoxlayacaqlar.

U-15 Azərbaycan kubokuna 39 komandanın 97 boksçusu qatılacaq. 17 çəki dərəcəsində 4 gün davam edəcək yarışın qalibləri Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabrda Trabzonda təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью