Azərbaycan Kubokunda finalçılar müəyyənləşir

28.03.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" NTD ilə üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da start götürəcək. Saat 19:00-da isə "Naxçıvan" və "Gəncə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək. Ötən mövsüm "Neftçi" bu titulun sahibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью