Azərbaycan kubokunda finalın hakimləri məlum oldu

30.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Azərbaycan kubokunun final oyununa hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki, "Qarabağ" - "Sabah" həlledici matçı İnqilab Məmmədova tapşırılıb.

Ona Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov (dördüncü hakim) köməklik edəcək. 

Nicat İsmayıllı matçın VAR hakimi, Fərid Hacıyev isə AVAR hakimi təyin olunub. 

Xatırladaq ki, final matçı mayın 31-də, saat 19.00-da başlanacaq. Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью