Azərbaycan Kubokunda hakim döyülüb təhqir edildi Cəza

23.01.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA-nın İntizam Komitəsi futzal üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” İK İB – “Star Kargo” oyununda baş verənlərlə bağlı qərar verib.

Teleqraf.com xəbər verir ki, “Star Kargo” komandasının oyunçusu Qərib İbrahimov oyunun 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə alıb.

Bundan sonra o, hakimə qarşı fiziki təzyiq göstərib. İntizam Komitəsi İbrahimovu 5 oyunluq cəzalandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью