Azərbaycan kubokunda hakim təyinatları açıqlandı

01.04.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyunları FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev idarə edəcək.

2 aprel
17:00.“Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Liv Bona Dea Arena
 

19:30.“Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov

Neftçi Arena. Saat 19:30
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью