Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin iki oyunu keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada "Araz-Naxçıvan" I Liqa təmsilçisi "Şimal"ı 6 cavabsız qolla məğlub edib.
II Liqada çıxış edən "Marafon" isə I Liqada mübarizə aparan "Zaqatala"ya 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, II təsnifat mərhələsinin daha 3 oyunu bu gün baş tutacaq.
08:00
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümündə II təsnifat mərhələsinin oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, mərhələnin ilk oyun günündə beş qarşılaşma baş tutacaq.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
27 oktyabr
14:00. "Şimal" - "Araz-Naxçıvan"
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
14:00. "Marafon" - "Zaqatala"
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
"Marafon Arena"
17:00. "Kür-Araz" - "Sumqayıt"
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
"SOCAR Polymer Arena"
17:00. "Qəbələ" - "Mingəçevir"
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu
18:00. "Səbail" - "Zirə"
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"Bank Respublika Arena"
Qeyd edək ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin