Azərbaycan kubokunda ilk OYUN CƏDVƏLİ

25.04.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Sabah həndbol üzrə XXXI Azərbaycan kubokuna start veriləcək.

İdman.biz xəbər verir ki, “AHF Arena”da təşkil olunacaq yarışın ilk oyun cədvəli bəlli olub.

Kubokun ilk günündə 1/4 final oyunları keçiriləcək. Qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” saat 11:00-da meydana çıxacaqlar.

Ardınca arena kişilərin ixtiyarına veriləcək. Saat 13:00-da “Gənclər Birliyi” və “Dinamo”, 15:00-da “İdman Akademiyası” və “Təhsil”, 17:00-da isə U-17 və “Kür” qarşılaşacaq.

Azərbaycan kuboku
1/4 final

Qadınlar
11:00. “Bakı” – “İdman Akademiyası”

“AHF Arena”

Kişilər
13:00. “Gənclər Birliyi” – “Dinamo”

“AHF Arena”

15:00. “İdman Akademiyası” – “Təhsil”
“AHF Arena”

17:00. U-17 – “Kür”
“AHF Arena”

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью