Azərbaycan kubokunda ilkin mərhələnin oyunları keçirilib

27.12.2024

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün futzal üzrə Azərbaycan kubokunun 2024-2025-ci il mövsümü çərçivəsində ilkin mərhələnin oyunları keçirilib.

Apasport.az xəbər verir ki, əvvəlcə meydana “Ulduz” və “Dəstə Ordubad” komandaları çıxıb.

Start fitindən əvvəl Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Oyunlara gəldikdə, qapıçısı qırmızı almağına rəğmən, “Dəstə Ordubad” qalib ayrılmaqla 1/8 finala vəqisə qazanıb. Digər dueldə isə bu sevinci “Çarşı Bakı” yaşayıb.

"Ulduz" – "Dəstə Ordubad" 3:6
"Çarşı Bakı" – "Delta" 8:1

Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub Antalyaya gedəcək Azərbaycan hakimlərinin siyahısı açıqlanıb Ukrayna millisinin üzvü PSJ yolunda "Barselona" "Bayer"in müdafiəçisini həyətinə qatacaq "Fənərbaxça"dan De Bruyne bombası
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью