Azərbaycan Kubokunda mövsümün ilk günündən 18 qol

07.10.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027 mövsümünə start verilib.

İdman.Biz xəbər verir ki, birinci təsnifat mərhələsinin ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Qaradağ Lökbatan” doğma meydanda “Şəki”ni qəbul edib. Görüş meydan sahiblərinin 12:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda “Şəmkir” “Ağstafa Gəncləri” ilə qarşılaşıb. Qonaqlar bu oyundan 5:1 hesablı qələbə ilə ayrılıblar.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

“Qaradağ Lökbatan” - “Şəki” 12:0

“Şəmkir” - “Ağstafa Gəncləri” 1:5

Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью