Azərbaycan Kubokunun final matçında 33 illik rekord qırılıb

02.06.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Kubokunun 2024/25 mövsümünün finalında beş qol vurulub.

Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Sabah"ın "Qarabağ"a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəldiyi matç turnirin tarixinə düşüb.

Bu görüş əsas və əlavə vaxtında ən çox qol vurulan final oyunu olub. 1992-ci ildən keçirilən kubokun əvvəlki həlledici qarşılaşmalarında bu qədər qol vurulmayıb.

Bunadək ən məhsuldar finalda dörd qol qeydə alınıb. 2014/15 mövsümündə "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ümumilikdə 31 finalda 62 qol vurulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью