Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion bəlli oldu

26.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

2024-2025 mövsümündə Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion müəyyənləşib.

Bununla bağlı Oxu.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov danışıb.

"Hər hansı fors-major hal yaşanmasa, Azərbaycan kubokunun finalı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək", - deyə E.Səmədov bildirib.

Qeyd edək ki, ötən mövsümün final görüşü də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью