Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi tarix müəyyənləşdi

19.08.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Kubokunda 2025/2026 mövsümünün final oyununun keçiriləcəyi tarix müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının açıqladığı geniş təqvimdə öz əksini tapıb.

Həlledici qarşılaşma mayın 13-də baş tutacaq.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunun sahibi “Sabah” klubu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью