Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

04.11.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

Voleybol üzrə kişilər arasında Azərbaycan Kubokunun sahibi müəyyənləşib. 
Fanat.Az
xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Azərreyl" və "Xilasedici" kollektivləri üz-üzə gəliblər.

Heç bir setdə rəqibinə şans tanımayan Fövqəladə Hallar Nazirliyi (FHN) təmsilçisi yekunda 3:0 (25:19, 25:21, 25:23) hesablı qələbəyə sevinib.

Qeyd edək li, "Azərreyl" yarımfinalda "Murov Az Terminal”ı, “Xilasedici” isə "Neftçi"ni üstələmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью