Azərbaycan Kubokunun yarımfinalında Sabah la Neftçi arasında baş tutan cavab matçı ilə bağlı cəzalar açıqlanıb

25.04.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"la "Neftçi" arasında baş tutan cavab matçı ilə bağlı cəzalar açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda yarımfinalın “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” klubu 800 manat cərimə edilsin (maddə 52.1);

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra “Sabah” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 52.1);

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью