Azərbaycan Küveytin Alshaya Group şirkəti ilə rəqəmsal ticarət sahəsində əməkdaşlıq edə bilər

09.10.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Küveytin və dünyanın aparıcı brend françayzinq operatorlarından olan "Alshaya Group" şirkəti ilə rəqəmsal ticarət və innovativ yanaşmalar sahəsində potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı müzakirələr Küveytə işgüzar səfər zamanı şirkətin icraçı sədri Məhəmməd Alşaya ilə keçirilmiş görüşdə aparılıb: "Görüşdə qlobal biznes mühitində yeni imkanlar, həmçinin qabaqcıl təcrübələrin ölkəmizə transferi barədə fikirlərimizi bölüşdük".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью