Azərbaycan lak boya məmulatları istehsalını 31 faizə yaxın artırıb

31.10.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur.

Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 43 min 479 ton lak-boya məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,4 % çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью