“Azərbaycan lazım olan addımları atıb, söz Ermənistanındır” | Icma.az
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Cənab Prezidentimizin Ermənistanın baş naziri ilə görüşündə sülh müqaviləsi və bundan sonra görüləcək işlər barəsində geniş fikir mübadiləsi oldu.
Göründüyü kimi, hər iki tərəf müxtəlif sahələri əhatə edən məsul şəxsləri də nümayəndə heyətinə daxil etmişdilər.
Bu, onu deməyə əsas verir ki, yerində bir sıra məsələlər barəsində konkret nəticəyə gəlmək mümkün oldu”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, eyni zamanda, işçi qruplarının yaradılması münasibətlərimizi daha da yaxınlaşdıracaq: “Bunlardan biri də Zəngəzur dəhlizi məsələsidir.
Bu məsələdə hər iki tərəfin fərqli mövqeyi var, amma bununla belə dəhlizin açılması ilk növbədə Ermənistana fayda verəcək.
Çünki bu dəhliz həm şimaldan, həm şərqdən böyük həcmdə yükləri Azərbaycan, Ermənistan, sonradan isə Türkiyə vasitəsilə dünyanın müxtəlif bölgələrinə çatdıracaq.
Tam oxu
Xəbəri oxu