Azərbaycan lideri Trampın yeni prezidentliyi dövründə ABŞ la münasibətlərin daha da möhkəmlənəcəyinə inanır

21.01.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Donald Trampa təbrik məktubunda deyilir.

“Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik”, - Azərbaycan Prezidenti qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью