Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
UEFA Millətlər Liqasının D2 qrupunun IV turu çərçivəsində keçiriləcək Azərbaycan - Litva matçının təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, oyunu Portuqaliyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Görüşün baş hakimi Qustavo Korreya olacaq. Ona yan xətlərdə Andre Filipe Noqeyra Diaşla Andreya Souza köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək. VAR-da Bruno Esteves, AVAR-da isə Ana Klaudya Silva Ribeyro əyləşəcək.
Qeyd edək ki, Azərbaycan - Litva qarşılaması oktyabrın 4-də "Palms Sports Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.
saytlarin hazirlanmasi