Azərbaycan Litva ticarət dövriyyəsi potensialdan geri qalır Ceyhun Bayramov

25.11.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və Litva arasında mövcud ticarət dövriyyəsi ölkələrin potensialını əks etdirmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan və Litva arasında strateji əməkdaşlıq sənədlərinin imzalanması münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənədlər bir sıra vacib sahələri əhatə edir və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Ceyhun Bayramov iqtisadi və ticarət əlaqələrinə də toxunaraq hazırkı ticarət dövriyyəsinin ölkələrin qarşılıqlı potensialı ilə müqayisədə qənaətbəxş olmadığını vurğulayıb.

Onun sözlərinə görə, mövcud boşluqların aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Bu məsələ ilə bağlı bugünkü müzakirələrdə maraqlı və faydalı fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri səfərin əhəmiyyətli məqamlarından birinin də litvalı nazirin rəhbərliyi ilə şirkət rəhbərlərinin Azərbaycana səfəri olduğunu diqqətə çatdırıb.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью