Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Azərbaycan – Macarıstan oyununa hakim təyinatları açıqlanıb.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək:
Oyunun baş hakimi Vanya Yankoviç olacaq. Ona yan xətdə Staşa Şpur və Helena Buh köməklik edəcək.
Dördüncü hakim funksiyasını isə Aleksandra Çesen yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.