Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan millisi iyunda Latviya və Macarıstan yığmaları ilə yoldaşlıq görüşü keçirəcək.
Demokrat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunların məkanı artıq məlumdur.
Qitə futbol qurumu iyunun 7-də Latviya ilə səfər matçının paytaxt Riqada baş tutacağını qeyd edib.Oyunun “Skonto” stadionunda təşkili nəzərdə tutulur.
Fernandu Santuşun yetirmələri bundan 3 gün sonra doğma arenada Macarıstanı qəbul edəcək.
Həmin oyunun isə Mərdəkandakı “Liv Bona Dea Arena”da keçirilməsi qərara alınıb. Oyunların başlama saatı isə hələ açıqlanmayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.