Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Manatın sabitliyi dollar kreditlərinə müsbət təsir edib "Unikal" xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.
“Moody’s”in məlumatına görə, manatın uzunmüddətli sabitliyi bank sektorunda xarici valyutada olan kreditlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Xarici valyuta kreditlərinin payı 2020-ci ildə 30%-dən 2024-cü ildə 16%-ə, 2025-ci ilin sentyabrında isə 14%-ə düşüb.
Agentlik bildirir ki, problemli kreditlər 2024-cü ilin sonunda da təxminən 3% səviyyəsində tarixi minimumda qalıb, həmin kreditlərin ehtiyatlarla əhatə olunması 112% təşkil edib.
Qeyri-neft sektorunun güclü fəaliyyəti borcalanların ödəniş qabiliyyətini artıraraq aktiv keyfiyyətini dəstəkləyir.
“Moody’s” qeyd edir ki, Azərbaycan bankları üçün əsas məhdudiyyət yüksək depozit dollarlaşmasıdır.
2025-ci ilin sentyabrında xarici valyuta depozitləri ümumi depozitlərin 38%-i olub (2020-ci ildə 56%).