Azərbaycan manatı TEMU da satışa çıxarıldı Fotolar KONKRET

01.08.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Beynəlxalq onlayn ticarət platforması TEMU Azərbaycanın 1 manatlıq əskinasının dizaynında hazırlanmış dəsmalların satışına başlayıb.

KONKRET.az xəbər verir ki, məhsul platformada müxtəlif ölçülərdə və fərqli qiymətlərdə təklif olunur. Dizaynında isə Azərbaycan manatının üzərindəki elementlərə bənzər təsvirlər yer alıb.

Sosial şəbəkə istifadəçiləri bu məhsulu görən kimi iki yerə bölünüb – bir qisim bunu maraqlı suvenir ideyası hesab edir, digərləri isə milli valyutanın bu şəkildə kommersiya məqsədilə istifadəsini yolverilməz sayır.

Məsələ ilə bağlı hələlik rəsmi qurumlardan açıqlama verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью