Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

03.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən ilin dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,57 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin noyabrın 1-i ilə müqayisədə 0,02 bənd az, ilin əvvəlinə nisbətən 0,09 bənd, illik müqayisədə isə 0,05 bənd çoxdur.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью