Azərbaycan manatının dövretmə sürəti sentyabrda artıb

28.10.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin oktyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,02 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,06 bənd çox, ilin əvvəlinə nisbətən 0,18 bənd, 2025-ci ilin oktyabrın 1-i ilə müqayisədə isə 0,39 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью