Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

01.02.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 109,2 bənd təşkil edib.

Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 1,7 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 7,2 bənd çoxdur.

Ötən ilin dekabrın 31-nə manatın real effektiv məzənnəsi isə 125,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,5 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 3,7 bənd çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью