Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

31.01.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,5 bənd təşkil edib.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 0,9 bənd az, ötən ilin yanvarın 1-i ilə müqayisədə 6,7 bənd azdır.

Yanvarın 1-nə manatın real effektiv məzənnəsi 115,8 bənd təşkil edib. Bu isə ötən il dekabrın 1-nə olan göstərici ilə müqayisədə 0,5 bənd az, ötən il yanvarın 1-i ilə müqayisədə isə 9,3 bənd azdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью