Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

02.08.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,1 bənd, ilin əvvəli ilə müqayisədə 6,6 bənd, ötən ilin iyulun 1-nə nisbətən 1,8 bənd azdır.

İyulun 1-nə manatın real effektiv məzənnəsi 115,3 bənd təşkil edib. Bu isə iyunun 1-nə olan göstərici ilə müqayisədə 2,2 bənd, ilin əvvəlinə nisbətən 9,8 bənd, ötən illin iyulun 1-i ilə müqayisədə isə 4,3 bənd azdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью