Azərbaycan maraqlarını diktə edən dövlətə çevrilib TƏHLİL | Icma.az
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyevin sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olunur Azərbaycanın əldə etdiyi uğurların, möhtəşəm qələbələrin kökündə Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət dayanır.
Bu siyasətin ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın gücünə yeni güc, qələbələrinə növbəti qələbələr gətirib.
Məhz Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olaraq Prezident İlham Əliyev böyük Sərkərdəlik məharəti ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azadlığına nail olundu.
Bu gün üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalanır.
Əldə olunan hərbi, siyasi, diplomatik, sosial, iqtisadi zəfərlər təsdiq etdi ki, 22 il öncə Azərbaycan xalqı Cənab İlham Əliyevi Prezident seçməklə sülhün, tərəqqinin, inkişafın, əmin-amanlığın və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi.
Cənab İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 22 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb.
Regionda istənilən layihənin ölkəmizin razılığı olmadan reallaşması mümkün deyil Birmənalı şəkildə demək olar ki, regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Tam oxu
Xəbəri oxu