Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Son vaxtlar Azərbaycanda narkotik istifadə və keçidi ilə bağlı vəziyyət diqqət mərkəzindədir.
Qonşu ölkələrlə müqayisədə isə vəziyyət nisbətən fərqlidir.
Qeyd etmək lazımdır ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti bu sahədə mühüm rol oynayır.
Gununsesi.info-ya danışan Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov bildirib ki, Azərbaycan, hətta qonşu İranla sərhəddə yerləşməsinə baxmayaraq, MDB ölkələri arasında ən az narkotik istifadə olunan ölkələr sırasındadır:
“Bu, əsasən Dövlət Sərhəd Xidməti, polis və digər hüquq-mühafizə orqanlarının səylərinin nəticəsidir. Mən bunu şəxsi araşdırmalarım və sahədə apardığım müşahidələr əsasında deyirəm — sadəcə kitabdan və ya YouTube-dan oxuyub danışmıram”.
Ekspert vurğulayıb ki, Gürcustanda 3 milyon əhali olmasına baxmayaraq narkotik istifadəsi Azərbaycandan yüksəkdir:
“İran və digər ətraf ölkələrdə də vəziyyət daha ciddi səviyyədədir. Bu nəticələr hüquq-mühafizə orqanlarının güclü nəzarət mexanizminin və dövlətin sahəyə diqqətinin göstəricisidir və alqışa layiqdir”.
Şəbnəm