Azərbaycan MDB nin ən çox mütaliə edən ölkələrinin TOP3 siyahısına düşüb

12.03.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan MDB-nin ən çox mütaliə edən ölkələrinin üçlüyünə daxildir. SİA xəbər verir ki, bu barədə TASS-ın baş direktoru Andrey Kondraşov XXXII Beynəlxalq kitab sərgi-yarmarkasında bildirib.

"Mədəniyyət sivilizasiyanın özəyidir. Son sorğuların nəticələrinə görə, Belarus MDB-də ən çox kitab oxunulan ölkədir. Hər min nəfərdən 369-u kitabxanalara gedir və il ərzində 69 milyon kitab götürürlər. İkinci yerdə Rusiya yerləşir", - o bildirib.

A.Kondraşovun sözlərinə görə, üçüncü yerdə Azərbaycan, dördüncü yerdə isə Qazaxıstan qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью