Azərbaycan MDB tədbirində iştirakdan imtina edib

18.07.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirak etməyəcək

Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirakdan imtina edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Trend” agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov bu tədbirdə iştirak etməyəcək”, - agentliyin mənbəsi bildirib.

Bakının imtina etməsinə səbəb kimi Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq, Azərbaycan diasporu liderlərinin saxlanması, Qazaxıstanda Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsinin qəzaya uğramasında günahını boynuna almaması və Moskvanın ikitərəfli münasibətlərdəki problemləri həll etmək istəməməsi göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью