Azərbaycan mebel idxalını 13% dən çox azaldıb

21.04.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 26 milyon 437 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyon 129 min dollar və ya 13,5% azalıb.

Ötən ilin birinci rübündə ölkəyə 30 milyon 577 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, ilk 3 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.66% bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью