Azərbaycan mebel idxalını 19% dən çox azaldıb

16.07.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 57 milyon 985 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14 milyon 216 min dollar və ya 19,7% azalıb.

Ötən ilin birinci yarısında ölkəyə 72 milyon 201 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, ilk 6 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.7% bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью