Azərbaycan mədəniyyət xərclərini 16 % ə yaxın artırıb

22.10.2025

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 366,4 milyon manat xərclənib.

"AzPolitika" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 milyon manat və yaxud 15,8 % çoxdur.

Hesabat dövründə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 78,6 %-i icra edilib.

Xatırladaq ki, 9 ayda dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 466,4 milyon manat ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью