Azərbaycan mədəniyyəti Buxarada təqdim ediləcək

03.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Buxara vilayətinin aparıcı mədəniyyət və incəsənət müəssisələrinin rəhbərlərinin görüşündə mədəni əlaqələrin genişləndirilməsi yolları müzakirə edilib.

Söhbət zamanı Buxara vilayətində “Azərbaycan mədəniyyəti və sənəti günləri”nin, eyni zamanda hər iki ölkənin mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə müxtəlif təqdimat, görüş və yaradıcılıq gecələrinin keçirilməsi ilə bağlı razılıq əldə olunub. İki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin formalaşmasında mədəni əlaqələrin rolu xüsusi qeyd olunub.

Görüşdə Azərbaycan və Özbəkistan sənətçilərinin, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsi, milli musiqi və incəsənət nümunələrinin təbliği, birgə konsert proqramlarının, sərgilərin təşkili , digər mədəni layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüslər də nəzərdən keçirilib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью