Azərbaycan mehmanxanalarının gəlirləri 42 % artıb

27.01.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü illə müqayisədə 42 % artaraq 694,2 milyon manat olub.

"Cebheinfo.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunun 65,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,5 %-i ictimai iaşə xidmətlərindən, 2,5 %-i müalicə və sağlamlıq xidmətlərindən, 7,5 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Ötən il mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24 % olub (əvvəlki il 20,1 %). Bu göstərici Şabranda 62,9 %, Naftalanda 46,1 %, Bakıda 39,3 %, Qusarda 27 %, Sabirabadda 23,7 %, Qəbələdə 23,5 %, Qubada 22,2 %, Ağstafada 19,2 %, Ağcabədidə 17,6 %, Beyləqanda 17,5 %, Şamaxıda 17,4 %, Lənkəranda 17,3 %, digər şəhər və rayonlarda isə 17,3 %-dən aşağı olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью