Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

29.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində “The Saudi Food Show 2026” sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 20 şirkətinin və “İstisu” mineral su zavodunun məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, stenddə qənnadı məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, qurudulmuş və təzə meyvələr, çərəzlər, alkoqolsuz içkilər, mineral sular, bal, eləcə də digər ərzaq məhsulları nümayiş olunur.

Bundan başqa, stenddə iştirakçılara ölkəmizdə sahibkarlara göstərilən dəstək mexanizmləri, əlverişli biznes və investisiya mühiti, eləcə də iştirakçı şirkətlərin fəaliyyəti barədə materiallar təqdim edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью