Azərbaycan məktəblərində bu qadağa TƏTBİQ OLUNDU

23.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub.

Yaxın zamanlarda məktəblərdə başqa hansı istiqamətdə yeni tənzimləmələrin olması gözləniləndir, yaxud zəruridir?

Bakıvaxtı.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi Globalinfo.az-a açıqlamasında Tiktoka məhdudiyyətin ötən illərdən tətbiq olunduğunu bildirib:

“Bu il isə qaydalar bir qədər də sərtləşdirilib. Bununla yanaşı, təhsil müəssisələrində narkotik vasitələrin istifadəsi, cinayət hadisələri və qeyri-etik görüntülərlə bağlı olanlar da daxil olmaqla, 200-dən çox zərərli məzmunlu paylaşımın məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb. Bu, zəruri və düzgün qərardır”.

Ekspert bildirib ki, şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsi qadağandır:

“Bu qayda ilə yanaşı, müəyyən məzmunlara çıxışın məhdudlaşdırılması da onların zərərli paylaşımları izləməsinin qarşısını almağa xidmət edir. Xüsusilə Tiktokda şagirdlərin bir-birinə qarşı zorakılıq görüntülərini çəkərək paylaşması bu məhdudiyyətin tətbiqini zəruri edən amillərdən biri olub.

Gözləntilər ondan ibarətdir ki, gələcəkdə yalnız Tiktok eyil, şagirdlər üçün zərərli məzmun ehtiva edən digər sosial şəbəkələrə çıxış da məhdudlaşdırılsın. Ümumilikdə, bu istiqamətdə görülən tədbirlər vacibdir. Şagirdlərin əsas diqqəti elmə və təhsilə yönəlməli, onlar bu sahələrdə inkişaf etməlidirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью