Azərbaycan məktəblərində müəllim çatışmazlığı yoxdur Nazir

12.12.2024

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur".

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib:

"Ucqar kəndlərdə dərs saylarının az olmasına görə, müəllim çatışmazlığı olur. Hazırda məktəb rasionallaşmasını buna görə aparırırıq ki, şagidləri daha yaxşı təhsillə təmin edək. Şagird sayı az olan məktəblərdə, yəni 1, 2, 3 uşaq olan məktəblərdəki şagirdlər digər məktəblərə daşınacaq".

Nazir qeyd edib ki, şagird sayı 100-dən az olan məktəblərin hər birinin rasionallaşdırılacağı yanlış fikirdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью