Azərbaycan məktəblərində tədris dili üzrə statistika açıqlanıb

25.11.2025

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Hazırda Azərbaycanda ümumi təhsil müəssisələrində 1 milyon 682 min 480 şagird təhsil alır.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, onların 1 milyon 507 mini Azərbaycan bölməsində oxuyur. Məlumata görə, 157 min şagird rus, 15 min şagird ingilis, 2 min 500 şagird türk, 980 şagird isə gürcü bölməsində təhsilini davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью