Azərbaycan məktəblərində vakansiyalar elan edildi

02.04.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsi davam edir.

İdarədən Metbuat.az-a bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 6 aprel saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Namizədlər qeyd olunan link vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью